17 yaşlı Laləyə kömək olaq!
03 sentyabr 2014 18:20 (UTC +04:00)

17 yaşlı Laləyə kömək olaq!

17 yaşlı talessemiya xəstəsi olan Lalə Mehdilinin köməyə ehtiyacı var. Lent.az-ın məlumatına görə, Laləyə təcili ilik nəql olunmalıdır. Əməliyyat Almaniyanın Tubingen şəhərindəki Onkoloji klinikasında olunmalıdır. 15 gün ərzində əməliyyat üçün klinikaya pul köçürülməlidir. Lalənin ailəsinin isə maddi imkanı əməliyyat pulunu ödəməyə yetmir.

 

Odur ki, Lalə xeyirxah imkanlardan kömək istəyir: “Mən talessemiya çiçəyiyəm. Rəngim sarı, dərim çil-çil. Halım pis olur həmişə. Mənim yaşamağıma hava, çörək, su yetməz. Məni içimdən yeyib-bitirən “canavar”ı durdurmaq üçün qan lazımdır. Mənim dərdimin çarəsi ilik nəqlidir. Köməyinizə ehtiyacım var. Sizlər mənim yaşama mənbəyimsiniz. Xahiş edirəm, məni tək və çarəsiz qoymayın. Kimin gücü çatır adıma açılan bank hesabına 2, 5, 10, 20 manat pul köçürsün”.

 

Lalə Mehdilinin adına bankda açılan hesab nömrəsinə aşağıdakı şəkillərdə baxa bilərsiniz. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1856
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar