17 dərəcə isti, külək, duman –<span style="color:red;"> Sabahın havası
26 noyabr 2015 12:17 (UTC +04:00)

17 dərəcə isti, külək, duman – Sabahın havası

Noyabrın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal küləyi gündüz arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 7-10 dərəcə, gündüz 13-16 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən  yağmursuz keçəcək,  gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarda çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

 

Havanın temperaturu Aran rayonlarında gecə  1-6 dərəcə, gündüz 12-17 dərəcə, dağlıq rayonlarda gecə 3-8 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Fərizə Əhmədova

Oxşar yazılar