Gimnaziya direktoru: “Valideynlər kitabı könüllü alırlar”
18 dekabr 2014 14:30 (UTC +04:00)

Gimnaziya direktoru: “Valideynlər kitabı könüllü alırlar”

160 saylı Klassik gimnaziyanın direktoru bir qrup valideynin məktəbdə Solmaz Amanovanın müəllifi olduğu kitabın 15 manata satılması ilə bağlı şikayətinə münasibət bildirib. Gimnaziyanın direktoru Faina Ələkbərovanın Lent.az-a dediyinə görə, doğrudan da, ibtidai siniflərdə  “Milli - mədəni irs” fənni həqiqətən keçirilir. “Bu, Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planında göstərilib. Bu fənn üzrə pulsuz dərslik yoxdur. Solmaz Amanovanın dərs vəsaitləri həqiqətən dərslərdə istifadə edilir, lakin cari tədris ilində heç bir kitab gimnaziyamızda satılmayıb. Bu kitabları bir sıra kitab dükanlarından əldə etmək mümkündür. Şagirdlərin valideynləri könüllü olaraq özləri həmin dərs vəsaitlərini alırlar. Vəsaitlərin növlərinə görə qiyməti 3 manatdan 10 manata qədərdir. Qeyd etmək istəyirəm ki, hər tədris ilində proqrama və siniflərə uyğun olaraq kitablar dəyişilir, ona görə hər il təzə kitab lazımdır”.
 

Direktor onu da bildirib ki, şikayət edən valideynləri gimnaziyaya dəvət edib, onları dinləməyə hazırdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119

Oxşar yazılar