1236 nəfər rezidenturaya sənəd verib
11 mart 2016 11:38 (UTC +04:00)

1236 nəfər rezidenturaya sənəd verib

 

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu başa çatıb.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumilikdə 1236 nəfər ərizəsini təsdiq edib. Onlardan 1083 nəfər Azərbaycan, 153 nəfər isə rus bölməsinin bakalavrıdır. 

 

Qeyd edək ki, tibb ixtisaslarının rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi 3 aprel, ikinci mərhələsi isə 29 iyul tarixində keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Fərizə Əhmədova

Oxşar yazılar