
11 gündə 5 nəfəri ilan sancıb - AÇIQLAMA
0
0
“Azərbaycanda aprel və may aylarında 26 nəfəri ilan sancıb".
Bu sözləri Lent.az-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, ilan sancması ilə bağlı may ayında 21 nəfər, iyun ayında isə 5 nəfər müraciət edib.
Baş toksikoloq həmçinin əlavə edib ki, ilan sancmaları Bakı ətrafı kəndlərdə və regionlarda baş verib.
0
0