1100 nəfərdən çox azərbaycanlı Gürcüstanın ali məktəblərinə daxil olmaq istəyir
19 iyun 2013 05:01 (UTC +04:00)

1100 nəfərdən çox azərbaycanlı Gürcüstanın ali məktəblərinə daxil olmaq istəyir

“Bu il keçən ildəkindən 30% çox abiturient qeydiyyatdan keçib”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın elm və təhsil naziri Georgi Marqvelaşvili bildirib. Onun sözlərinə görə, bu il milli imtahanlar üçün bütün şərait yaradılıb və imtahanlar yüksək təşkilatçılıqla keçiriləcək. “Ali təhsilə maraq çoxalıb. Sözsüz ki, biz bu ili məsuliyyətli il hesab edirik. Nazirlikdə imtahanların gedişaatı üçün müxtəlif nazirliklərin nümayəndələrindən ibarət qərargah yaradılıb. Milli imtahanları yüksək təşkilatçılıqla başa çatdırmaq üçün hər şey hazırdır”, deyə nazir bildirib.

 

Qeyd edək ki, keçən il 500 nəfər azərbaycanlı abiturient gürcü ali məktəblərinə daxil olmaq üçün qeydiyyatdan keçibsə, bu il qəbul üçün 1100 nəfərdən çox abiturient qeydiyyata alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar