30 yaşlı yapon qadın plastik əməliyyata 100 min dollardan çox pul xərcləyərək tanınmaz dərəcədə dəyişib.
Lent.az xəbər verir ki, sosial şəbəkələrdə "Todoroki" ləqəbi ilə tanınan qadın ilk əməliyyatını 18 yaşında keçirib.
Yapon qadının sözlərinə görə, məktəbdə həmyaşıdları xarici görünüşünə görə ona lağ edib gülürdülər. Bundan təsirlənən yeniyetmə əməliyyatla gözəlləşməyə qərar verib. Əməliyyatdan sonra özünü inamlı hiss edib və özünü sevib.
O vaxtdan bəri Todoroki dəfələrlə əməliyyat keçirib və ümumilikdə 100 min dollara yaxın pul xərcləyib. Bundan başqa, qadın bloqlar çəkir və Yaponiyada plastik cərrahiyyəni populyarlaşdırıb. O, ümid edir ki, bu mövzu tezliklə Cənubi Koreyada normal hala çevriləcək.