Ekspertlər iddia edir ki, may ayında bir neçə uzunmüddətli maqnit qasırğası olacaq və ilk dalğanın kifayət qədər güclü olacağı gözlənilir ekspertlər deyir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, geomaqnit qasırğaları Yerin maqnit sahəsinin müxtəlif müddət və intensivliklə pozulmasıdır. Onlar yüklü hissəciklərin Günəşdən kosmosa atılması nəticəsində yaranır.
Mayın ilk maqnit qasırğaları 11-dən 17-nə kimi gözlənilir. Onlara “güclü” statusu verilib.
Sonra mayın 20-dən 25-dək orta intensivlikli maqnit qasırğaları proqnozlaşdırılır.
Mayın son maqnit qasırğası ayın 28-də Yer kürəsini bürüyəcək. Güclü olacaq və bütün gün davam edəcək.