Bu gün zəlzələdən zərər çəkən 10 uşaq Azərbaycana gətirilib, Elmi-Tədqiqat Pediatriya İnsitutuna yerləşdirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyənin Təşkili Şöbəsinin sektor müdiri Aynurə Zeynalova deyib. Onun sözlərinə görə, həmin uşaqlardan 6-sı oğlan, 4-ü qızdır:
“Uşaqlardan ən kiçiyi 8 günlükdür, fevralın 2-də dünyaya gəlib. Ən böyük uşağın 14 yaşı var. Uşaqlar ailələri ilə birlikdə gətirilən kimi palatalara yerləşdirilib və müayinələrə başlanılıb. Eyni zamanda psixoloq və psixiatr da dəvət olunaraq ailələrlə söhbətlər aparıb, müvafiq tövsiyələr verib”.
Qeyd edilib ki, uşaqların müalicəsi bitdikdən sonra ailələri ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sığınacağına gedəcəklər.