Türkiyə səhiyyə nazirinin müavini, professor Tolqa Tolunay Kahramanmaraşda Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən quraşdırılan mobil səhra hospitalına baş çəkib.
Lent.az-ın məlumatına görə, APA-nın Türkiyəyə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, nazir müavini burada fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və tibbi personalı ilə görüşüb, səhra hospitalında olan xəstələrin səhhəti ilə maraqlanıb.
Qeyd edək ki, Kahramanmaraşda FHN tərəfindən iki mobil səhra hospitalı fəaliyyət göstərir.