Toyda qonaq  gəlinləri səhv saldı:   Kütləvi dava düşdü
06 fevral 2023 00:05 (UTC +04:00)

Toyda qonaq gəlinləri səhv saldı: Kütləvi dava düşdü

Moskvanın “Turandot” restoranında iki fərqli toya gələn qonaqlar sərxoş olub və kütləvi dava ediblər.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, polisdən verilən məlumata görə, restoranda iki toy keçirilib. Qonaqlardan biri gəlinlə oturub, amma məlum olub ki. toyuna gəldiyi gəlin deyil.

Bəy qohumlarından və dostlarından heç bir kişini tanımadığı üçün qəzəblənib. Gəlinləri səhv salan sərxoş kişinin üzünə zərbə endirilib, daha sonra azı 6 nəfərin iştirak etdiyi dava düşüb.

Hadisədən sonra asayişi pozanlar münaqişəni müzakirə edib və yeni evlənən hər iki cütlük üçün birlikdə içki içiblər. Dava bitdikdən sonra polis hadisə yerinə gəlib.

# 4266
avatar

Oxşar yazılar