Toy üçün nəzərdə tutulan qaydaları pozanlar cərimələndi  - FOTO
29 iyul 2021 01:37 (UTC +04:00)

Toy üçün nəzərdə tutulan qaydaları pozanlar cərimələndi - FOTO

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Ziyadlı, Çobanabdallı kəndlərində və Qarayeri qəsəbəsində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Bundan başqa rayon ərazisində fəaliyyət göstərən “Sərinim” və “Paris” şadlıq saraylarında keçirilən toy mərasiminə olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 45 nəfər restorana buraxılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1533
avatar

Oxşar yazılar