Təyyarənin hava boşluğuna düşməsi ilə bağlı AZAL-dan AÇIQLAMA
08 avqust 2021 01:33 (UTC +04:00)

Təyyarənin hava boşluğuna düşməsi ilə bağlı AZAL-dan AÇIQLAMA

"Azərbaycan Hava Yolları"nın İstanbuldan Bakıya yola düşən (J2-176 reysi) A320 təyyarəsi Türkiyə səmasında güclü hava boşluğu zonasına düşüb.

Lent.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, təyyarə yerli vaxtla saat 19:45-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Uçuş zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.

"Aviaşirkət yaranmış narahatlığa görə sözügedən reysin sərnişinlərinə öz üzrxahlığını bildirir.

Qeyd edək ki, uçuş zamanı turbulentlik normal haldır və hava gəmiləri üçün təhlükə törətmir. Belə təbii hadisə zamanı ciddi xəsarət almamaq üçün AZAL aviaşirkəti sərnişinlərə uçuş boyu kəmərləri bağlı saxlamağı, təşvişə düşməməyi və ekipajın tələblərinə əməl etməyi tövsiyə edir", - deyə məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6369
avatar

Oxşar yazılar