Təyyarə qəzasında ölənlərin ailəsinə  40 min,  yaralananlara 20 min  manat veriləcək
26 dekabr 2024 20:57 (UTC +04:00)

Təyyarə qəzasında ölənlərin ailəsinə 40 min, yaralananlara 20 min manat veriləcək

“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə 25.12.2024-cü il tarixində Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib. 

AZAL-dan Lent.az-a verilən məlumata görə bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8772
avatar

Oxşar yazılar