AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlara tibbi yardım məqsədi ilə xilasedicilər, Səhiyyə Nazirliyinin peşəkar həkimlərindən ibarət qrup Aktauya şəhərinə göndərilib.
Lent.az-ın xəbərinə görə, bu sözləri fövqəladə hallar nazirinin müavini, general-mayor Adil Abdullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda c7 nəfər xəsarət alan şəxs ölkəyə gətirilib:
"Vəziyyəti qənaətbəxş hesab edilən daha 7 nəfər şəxs gətiriləcək və paytaxtın tibb müəssiaələrində onların müalicəsi davam etdiriləcək".
O bildirib ki, 4 nəfərin nəşi də bu gün Bakıya gətiriləcək.