Kazan-Rosaviasiya hava limanında müvəqqəti məhdudiyyət tətbiq edilib.
Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, məhdudiyyət mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq olunub. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bundan əvvəl Soçi hava limanında da uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulub. Qeyd edək ki, dünən günorta saatlarından etibarən Rusiyada hava hücumu xəbərdarlığı ilə əlaqədar bir neçə hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.