AZAL-ın təyyarəsi vurulandan sonra Kadırov  qardaşı oğlunu mükafatlandırdı
27 dekabr 2024 11:19 (UTC +04:00)

AZAL-ın təyyarəsi vurulandan sonra Kadırov qardaşı oğlunu mükafatlandırdı

2

Çeçenistanın lideri Ramzan Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Həmzəti “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.

Lent.az Vesti.az xəbərini təqdim edir:

Dekabrın 25-də səhər saatlarında Həmzət Kadırov sosial şəbəkələrdə məlumat verib ki, Çeçenistana hücum edən bütün PUA-lar vurulub.

Çeçenistan Təhlükəsizlik Şurasının katibi belə yazıb: “Dronların hansısa obyekti vurması barədə məlumat doğru deyil, hər şey vurulub!”.

Elə həmin gün Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğradığı məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 8403

Oxşar yazılar