Göyçayda hündürlükdən yıxılan kişi ölüb.
Lent.az xəbər verir ki, hadisə dekabrın 31-də, Çayarxı kəndində qeydə alınıb.
Kənd sakini 53 yaşlı Sarvan Əhmədovun qan təzyiqi yüksəlib və o, müvazinətini itirərək, yaşadığı 2-ci mərtəbədəki evinin eyvanından yıxılıb.
Başından xəsarət alan S. Əhmədov xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Araşdırma aparılır.