Bayram günü 600 manatlıq qızılı  oğurlandı
02 yanvar 2026 15:53 (UTC +04:00)

Bayram günü 600 manatlıq qızılı oğurlandı

0

Bakıda bayram günü oğurluq olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonu ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin birində çalışan şəxs polisə müraciət edərək dekabrın 31-də çantasından 600 manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı R.Cəfərov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar