İranda qan su yerinə axır:  SEPAH yeniyetməni öldürdü
02 yanvar 2026 10:20 (UTC +04:00)

İranda qan su yerinə axır: SEPAH yeniyetməni öldürdü

0

Dünən İranın Lorestan əyalətinin Azna şəhərində keçirilən etirazlar zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində daha üç nəfər həyatını itirib.

Lent.az xəbər verir ki, bu barədə MOUZE telegram kanalı məlumat yayıb.

Həlak olanlar Vəhab Musəvi, Şayan Əsədullahi və 15 yaşlı yeniyetmə Mistafa Haşemiandır.

Məlumatlara görə, etirazlar zamanı azı 10 nəfər müxtəlif dərəcəli güllə yaraları alıb. Yaralıların bir qisminin vəziyyətinin ağır olduğu bildirilir.

Mənbələrin verdiyi məlumata əsasən, təhlükəsizlik qüvvələri öldürülən şəxslərin ailələrini təhdid edərək ictimai dəfn və anım mərasimlərinin keçirilməsinə icazə verilməyəcəyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar