Mingəçevirdə küçədən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə yanvarın 1-də Təbriz küçəsində baş verib.
47 yaşlı Yaşar İlyas oğlu Məmmədovun meyiti küçədə evlərdən birinin qarşısında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun nədən öldüyü isə bilinmir.
Araşdırma aparılır.