Ucarda yük maşını piyadanı vurub öldürdü
26 dekabr 2024 23:21 (UTC +04:00)

Ucarda yük maşını piyadanı vurub öldürdü

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Ucar- Zərdab avtomobil yolunun rayonun Xalac kəndindən keçən hissəsində qeydə alınıb.

Yolu kecən piyada, Xalac kənd sakini Yasin Ehtiram oğlu Məmmədovu yük maşını vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2187

Oxşar yazılar