Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlardan 7 nəfər ölkəyə gətirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, yaralılar həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilib.
Qeyd edək ki, 25 dekabr tarixində J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.