Təhlillər və məlumatlar göstərir ki, təyyarəyə zərbə Qroznı hava limanından 18 kilometr şimal-şimal-qərbdə Naurski rayonunda 2,4 kilometr yüksəklikdə baş verib.
Bu barədə APA-nın AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı araşdırmasında qeyd olunub.
Açıq mənbələrdən əldə edilmiş məlumatlara əsasən, həmin ərazidə bir neçə hərbi hissə, o cümlədən hava hücumundan müdafiə sistemləri yerləşir.