İsrailin Qəzza zolağının şimalında Kamal Advan xəstəxanasının yaxınlığında yerləşən binaya endirdiyi zərbə nəticəsində 5-i tibb işçisi olmaqla 50-yə yaxın adam həlak olub.
Lent.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurum ölənlərin dəqiq sayını açıqlamayıb.
Hadisə nəticəsində neçə nəfərin xəsarət aldığı da məlum deyil.