Təyyarə Mahaçqala hava limanı yaxınlığında radardan itib
26 dekabr 2024 20:12 (UTC +04:00)

Təyyarə Mahaçqala hava limanı yaxınlığında radardan itib

"FlightRadar24"-ün məlumatına görə, təyyarə Bakı vaxtı ilə saat 08:00-da ştat rejimində havaya qalxıb. 

Bu barədə APA-nın AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı araşdırmasında qeyd olunub.

Araşdırmada yazılıb ki,  uçuş zamanı saat 08:26-da Mahaçqala hava limanı yaxınlığında təyyarənin transponderinin "FlightRadar24" sistemindəki qeydiyyatı dayanıb. Bu da təyyarənin Rusiya hava məkanında olduğu müddətdə radio-elektron mübarizə vasitələrinin aktiv təsirinə məruz qaldığını ehtimal etməyə əsas verir. Saat 09:06-da transponderin "FlightRadar24" sistemindəki qeydiyyatı Xəzər dənizi üzərində yenidən aktivləşib.
Beləliklə, qəzaya uğramış təyyarənin transponderinin "FlightRadar24" sistemindəki qeydiyyatının dayanması vaxtı Şimali Qafqaz istiqamətində PUA hücumunun həyata keçirilməsi vaxtı ilə üst-üstə düşür.

Qeyd edək ki, təyyarələrdə bütün həyati əhəmiyyətli idarəetmə sistemləri dublikasiya olunur. Ehtimal budur ki, Mahaçqala hava limanı yaxınlığında transponder kənardan müdaxilə nəticəsində söndürülüb, 40 dəqiqə sonra isə ekipajın səyləri nəticəsində təyyarə ehtiyat idarəetmə sisteminə keçib, bununla da transponder yenidən aktivləşib.

Qəzadan sonra "Alioglu" "Telegram" kanalında yayılmış videoda həmin reysin sərnişini Zaur Məmmədov uçuş zamanı 2 partlayış səsi eşitdiyini bildirib. Buradan ehtimal etmək olar ki, uçuş zamanı təyyarədə ştatdan kənar vəziyyət yaranıb və hava gəmisi kənar təsirdən zədələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

Oxşar yazılar