09:12 5 may 2021

Təhlükəsizlik qaydalarına əməl olunmamasının ağır fəsadı nədir? – Həkim AÇIQLADI

“İctimai iaşə obyektlərində təhlükəsizlik qaydalarına əməl olunmamasının ağır fəsasdı bir masa arxasında əyləşən insanın koronavirus daşıyıcısı olduğunu bilmirsən və beləliklə yoluxma sayı artır”.

Bu fikirləri Lent.az-a açıqlamasında həkim, infeksionist İlahə Vəliyeva bildirib. 

Həkim, infeksionist İlahə Vəliyeva

Həkim qeyd edir ki, qarşında əyləşən və ya səninlə bir məkanda olan insanlardan kimsə yoluxucudursa bu artıq qarşı tərəf üçün çox təhlükəlidir:

“COVİD-19 virusunda bir mərhələ var ki, bu zaman koronavirusa yoluxan insanda əlamətlər formalaşmır və ya heç bir əlamət olmadan da xəstəliyi yüngül keçirdə bilər. İnsanların çox olduğu ictimai iaşə obyektlərində, marketlərdə, avtobuslarda təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Nə zamanki koronavirus bəlasından tam qurtukacağıq o zaman təhlükələr bizimüçün olmayacaq.  Bu bəla başımızn üstündə olduğu təqdirdə davamlı maskadan istifadə etməli, sosial məsafəyə və gigenik qaydalara tam şəkildə əməl etməliyik. Çox yerlərdə elə bilirlər ki, maska taxmaqla bütün qaydalara  əməl edirlər”. 
 

# 279
avatar

Nigar Adil

Oxşar yazılar