teleaparıcı Şamil Famillİ
02 iyun 2021 18:55 (UTC +04:00)

teleaparıcı Şamil Famillİ

Tanınmış teleaparıcının ölüm səbəbi AÇIQLANDI - YENİLƏNİB

Tanınmış televiziya aparıcısı Şamil Famillinin ölüm səbəbi məlum olub.

Lent.az-ın məlumatına görə, bu barədə teleaparıcının bacısı telekanallardan birinə danışıb.

O qeyd edib ki, mayın 31-də səhər saatlarında Şamilin ürəyi tutub: “Tibb bacısına zəng edərək, gəlib onun təzyiqini ölçməsini xahiş edib. 10 dəqiqə içərisində tibb bacısı gəlib, ancaq qapını açan olmayıb. Mənə ayın 1-i axşamçağı zəng etdilər ki, nigaran qalmışıq, Şamil telefonları açmır. Mən də zəng etməyə başladım, ancaq telefonları açan olmadı. Oğlumu, gəlinimi göndərdim ki, mənə Şamildən xəbər gətirin. Onlar gedib mənə zəng etdilər ki, təcili gəl, biz Şamili itirmişik”. 

***

saat 05:30

Məşhur azərbaycanlı teleaparıcı Şamil Famillİ vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə ARB telekanalı məlumat yayıb.

Qeyd edək ki, Ş.Famillinin ölüm səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Ş.Familli 1990-cı illərdən bəri televiziyada çalışıb. Son illərdə ARB televiziyasında “Bazar Düzü” proqramının aparıcısı idi.

# 61746
avatar

Oxşar yazılar