Tanınmış jurnalist Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya keçirilən seçkilərdə 114 səslə lider olub.
Lent.az xəbər verir ki, ən çox səs toplayan jurnalist Günel Gözəlova seçkiyə qatılan, bütün həmkarlara təşəkkür edib:
"Var olun dostlar! Digər qaliblərə fəaliyyətlərində uğur arzu edirəm!
Vurğulayım ki, səhər saat 10.00-da başlayan seçkidə təkcə namizəd yox, məhz 24 ildir fəal fəaliyyət göstərən jurnalist kimi, həm də sonacan müşahidəçi oldum. Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsində keçirilən seçki tam şəffaf, ədalətli şəraitdə keçdi. Xidmətin Rəisi Vüsal Hüseynov başda olmaqla, bütün əməkdaşlara qanunamüvafiq fəaliyyətlərinə görə təşəkkür edirəm!"