Yalçın İslamzadə, fizik
02 mart 2021 14:44 (UTC +04:00)

Yalçın İslamzadə, fizik

Tanınmış fizik magistr imtahanında gündəm olan sualdan DANIŞDI

“Mənə bu sual 1 dəqiqə 20 saniyədə cavablandırılacaq sualdan çox riyaziyyat olimpiada məsələsini xatırladır, hansı ki iddiaçılar o olimpiadalara xüsusi proqram üzrə illərlə hazırlaşdırılırlar. Bu sualın həlli sxemi necə qurulur? Hansı təlim nəticəsini ölçməyi nəzərdə tutulur?”/

Bunu Lent.az-a açıqlamasında fizik Yalçın İslamzadə ötən həftə magistr imtahanın məntiq bölümündə yer alan və geniş müzakirələrə səbəb olan sual haqqında fikirlərini bölüşərkən deyib.

Yalçın İslamzadə bildirir ki, burda ya nisbətlərlə əməliyyat aparmaq, ya ədədlərin tək və ya cüt olmasından istifadə etmək ("rəngləri qırmızı olanların sayı tək ədədlə ifadə olunmuş" şərti) ya da yarpaqların rəngini bir abstraksiya simvolu kimi istifadə edib mühakimə aparmaq soruşulmalı idi:

“Bir məsələdə isə hər üçü bir-birinə qarışdırılıb. Daha əvvəl bu mahiyyətdə suallar soruşulubmu? İştirakçıların neçəsi düz cavabı tapa bilib? Bu sualda mən ümumi problem olan-istər imtahanlarda, istər bilik yarışmalarında-iddiaçının nəyi bildiyini ölçmək yox, nəyisə bilmədiyini ona sübut etmək yanaşmasını görürəm. Sualı hazırlayanlar oxşar mahiyyətdə bir neçə sual təqdim etsinlər və onların həllini göstərsinlər - o zaman bu sualı imtahana salmağın məntiqli olub olmadığına qərar verə bilərik". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7890
avatar

Nigar Adil

Oxşar yazılar