Müdafiə Nazirliyi
28 avqust 2021 11:20 (UTC +04:00)

Müdafiə Nazirliyi

Şuşada ölən əsgər İNTİHAR EDİB - RƏSMİ

Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb.

Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub:

"İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır.
Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur.
Bir daha dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini diqqətə çatdırırıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6531

Oxşar yazılar