Sülhməramlılar Laçın yolunda aksiya keçirilən ərazidə kazarmalar quraşdırır -  VİDEO    -  YENİLƏNİB
13 dekabr 2022 16:04 (UTC +04:00)

Sülhməramlılar Laçın yolunda aksiya keçirilən ərazidə kazarmalar quraşdırır - VİDEO - YENİLƏNİB

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin aksiya keçirdiyi Laçın yoluna Rusiya sülhməramlıları generatorlar gətirir.

Lent.az-ın məlumatına görə, APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya iştirakçılarının qarşısını kəsən Rusiya sülhməramlıları bir qədər əvvəl modul tipli kazarmalar quraşdırıblar.

Bunun ardınca isə əraziyə generatorlar gətirilib.

Belə görünür ki, eko-aktivistlərin aksiyalarının davamlı olacağını anlayan Rusiya hərbçiləri ərazidə xidmət aparmaq üçün özlərinə şərait yaratmaq qərarına gəliblər.

***

14:50

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Laçın yolunda aksiyası davam edir.

Lent.az-ın məlumatına görə, APA-nın Şuşaya ezam olunmuş əməkdaşı bildirir ki, aksiya iştirakçılarının qarşısını kəsən Rusiya sülhməramlıları aksiya keçirilən ərazidə modul tipli kazarmalar quraşdırmağa başlayıb.

Onlar dünəndən əraziyə gətirilmiş konteynerləri yük maşınından boşaldaraq, yolda quraşdırırlar.

Bundan belə qənaətə gəlmək olar ki, sülhməramlıların komandanı Andrey Volkov hadisə yerinə gəlib, aksiya iştirakçılarının sualları cavablandırmaq niyyətində deyil.

Qeyd edək ki, aksiya iştirakçıları faydalı qazıntı yataqlarının qanunsuz talanmasını dayandırmağı, Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gələrək, onların tələblərini dinləməsini tələb edirlər.

Aksiya dünən səhərdən başlayıb. Eko-fəallar və QHT təmsilçilərin görüş tələbinə baxmayaraq, general Volkov əraziyə gəlmir. Rusiya sülhməramlı qüvvələrinin hərbçiləri yolda maneələr qurub, aksiya iştirakçıları qarşısında sədd çəkiblər. Bu səbəbdən yol bağlanıb.

Sülhməramlılar Laçın yolunda aksiya keçirilən ərazidə kazarmalar quraşdırır

# 5667
avatar

Oxşar yazılar