Sular nə zaman gələcək? - QURUM AÇIQLADI
20 iyun 2025 10:59 (UTC +04:00)

Sular nə zaman gələcək? - QURUM AÇIQLADI

İyunun 16-dan bəri Bakı və Abşeron yarımadasının bəzi ərazilərində su təchizatı təmirlə əlaqəli dayandırılıb. Artıq 4 gündür ki, əhali susuzluqla mübarizə aparır. Öncədən çənləri su ilə dolduran sakinlər, daha onun da bitdiyini, suyu marketlərdən aldıqlarını bildirirlər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi suların iyunun 20-i əvvəlki qaydada veriləcəyini bildirsə də, hələ ki, suyun verilməsi prosesi başlamayıb.

Bəs nə zaman sular veriləcək?

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-a bildirilib ki, hazırda Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə ötürülən su Bakı şəhəri və Abşeron yarımadasının mərkəzi su anbarlarına dolmaqdadır:

"Xəttə aparılan təmir işləri ərazində mövcud, həmçinin ehtiyat anbarlardan istifadə nəticəsində suyun səviyyəsində ciddi azalma müşahidə olunduğu üçün hazırda həmin anbarların doldurulması prosesi icra edilir.  Anbarların lazımi həcmdə su ilə təmin olunmasından sonra abonentlərə suyun ötürülməsi mərhələli şəkildə bərpa olunacaq". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar