Sosial yardım hansı hallarda dayandırılır? - CAVAB
25 aprel 2024 12:42 (UTC +04:00)

Sosial yardım hansı hallarda dayandırılır? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu ünvanlı dövlət sosial yardımının (ÜDSY) verilməsi ilə bağlıdır.

Maraqlıdır, görəsən, hansı hallarda ünvanlı dövlət sosial yardımının (ÜDSY) verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır?

Lent.az xəbər verir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır.

Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17712
avatar

Arzu Qurbanlı

Oxşar yazılar