Sən demə, seks terapevtik effekt verə bilər və zəiflədilmiş xəstə orqanizm üçün faydalıdır.
Seksoloq Pem Sperrin sözlərinə görə, seks immuniteti artıra bilər. “Psychology Report” jurnalında çap olunan araşdırmanın nəticəsinə görə, həftədə bir, yaxud iki dəfə sekslə məşğul olan tələbələrdə orqanizmi infeksiyadan qoruyan “IgA immunoqllobulin”in səviyyəsi cinsi əlaqədən vaz keçənlərlə müqayisədə 30 faiz yüksək olub.
Lent.az xarici mətbuata istinadla xəbər verir ki, bəzi mütəxəssislərin fikrincə, “IgA”nın səviyyəsinin yüksəldilməsi üçün qucaqlaşmaq da kifayətdir. Pem Sperr xatırladır ki, oksiotsin (“sevgi hormonu”) qucaqlaşma və incə toxunuş zamanı da istehsal olunur. Beləliklə, nəvaziş də şəfaverici effektli ola bilər.
Araşdırmalara görə, orqazm (cinsi əlaqə zamanı boşalma) adrenalinin atılmasına gətirib çıxarır. Bu, həm də orqanizmi infeksiyalara qarşı fəal mübarizəsini təşkil edir.
Bundan başqa, yaddan çıxarmayaq ki, fiziki hərəkətlər də immun sistemini möhkəmləndirir.