Şəki rayon prokurorluğunun yeni binası istifadəyə verildi - YENİLƏNİB
27 avqust 2024 13:00 (UTC +04:00)

Şəki rayon prokurorluğunun yeni binası istifadəyə verildi - YENİLƏNİB

Bu gün Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda elmi-praktiki konfransda  baş prokurorun müavini Heydər Məmmədov istifadəyə verilmiş Şəki rayon prokurorluğunun yeni inzibati binası barədə danışıb. 

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, baş prokurorun müavini bildirib ki, 2 mərtəbəli yeni inzibati bina müasir arxitektura stilistikasında inşa edilib. Ən müasir texnika və rəqəmsal-informasiya sistemləri ilə təchiz olunub. Prokurorluğun bütün fəaliyyət istiqamətlərini bir vahid elektron platformada birləşdirən “Elektron Prokurorluq” İnformasiya kommunikasiya Sisteminin quraşdırılması təmin edilib,  bunun üçün bina ən müasir avadanlıqlar, kommunikasiya sistemləri, ip telefoniya qurğuları və digər texniki chazlarla ilə təchiz olunub.  

Eyni zamanda vətəndaşların məmnunluğunun təmin olunması istiqamətində, ələxsus da qəbul və elektron müraciətlər üçün bütün imkanlar yaradılıb. Bundan əlavə əməkdaşların səmərəli fəaliyyəti üçün konfrans zalı, elektron kitabxana, kriminalstik avadanlıqlarla təmin olunmuş kriminalistika otağı, istintaq hərəkətlərinin aparılması üçün “vizual tanıma istintaq otağı” və digər guşələr,  hətta idman zalı da istifadəyə verilib.

Binanın işıqlandırılmasının bir hissəsini təmin etmək məqsədilə alternativ enerji mənbəyi olan günəş enerjisini toplayan günəş panelləri quraşdırılıb. 

***
11:13

Avqustun 27-də Şəki rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, açılış mərasimində baş prokuror Kamran Əliyev iştirak edib. Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin, digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıb. 

Baş prokuror Kamran Əliyev qeyd edib ki, Şəki rayon prokurorluğunun inzibati binasının istifadəyə verilməsi çox əlamətdar bir dövrə - prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə təsadüf edir.

Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.

Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib. 

Daha sonra iştirakçılar Şəki rayon prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olub.

Baş prokuror prokurorluq orqanlarının istifadəsinə verilmiş, müasir standartlara cavab verən və kriminalistik avadanlıqlarla təchiz olunmuş yeni xidməti avtomobillərə baxış keçirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933
avatar

Oxşar yazılar