Bakıda DƏHŞƏT:  arvad gecəyarı ərini öldürmək istədi
27 avqust 2024 10:05 (UTC +04:00)

Bakıda DƏHŞƏT: arvad gecəyarı ərini öldürmək istədi

Bakıda arvad ərini bıçaqlayıb.

Nizami rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, avqustun 26-də saat 4 radələrində Nizami rayonu ərazisində 45 yaşlı Sakit Nağıyevin xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 26 yaşlı Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici əlatlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1230
avatar

Oxşar yazılar