Yaşmada dəniz kənarından 16 kilo narkotik tapıldı
27 avqust 2024 12:50 (UTC +04:00)

Yaşmada dəniz kənarından 16 kilo narkotik tapıldı

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lent.az-a verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində dəniz kənarında bağlama aşkar edilib.

Bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 025 qram narkotik vasitə (10 kq 810 qram “heroin”, 5 kq 215 qram “metamfetamin”) aşkar olunaraq götürülüb.

Ehtimal olunur ki, aşkar olunmuş narkotik vasitə 25 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil qaçaqmalçı qrup tərəfindən dənizə atılmış bağlamadır.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar