Bu film  məşhur ulduzun xoşbəxtliyinə son qoydu
27 avqust 2024 11:06 (UTC +04:00)

Bu film məşhur ulduzun xoşbəxtliyinə son qoydu

Lent.az “Kinofakt” rubrikasında daha bir maraqlı filmin pərdə arxası barədə məlumat verir.

Hollivudun ən parlaq ulduzlarından biri, aktyor Entoni Hopkinsin ailəsi “Quzuların səssizliyi” filmində canlandırdığı manyak Hannibal obrazına görə dağılıb.
“Quzuların səssizliyi” filminin çəkilişləri zamanı Entoni Hopkins dövrün məşhur iş adamlarından olan Marta Stüart  ilə evli idi. Film ekranlara çıxana qədər onlar arasında isti sevgi münasibəti var idi. Film ekranlara çıxdığı gündən çox böyük maraqla qarşılandı. Bütün media Hannibaldan, Hopkinsin rolunu çox inandırıcı oynamasından yazır, təriflər, xoş sözlər yağdırırdılar. Lakin film bir tək Martada əsk təsir oyandırmışdı. O ərinin oynadığı Hannibal Lekter obrazından möhkəm qorxmuşdu.

Hopkins bu rolu oynamaq üçün 2 ay psixiatrik xəstəxanada qalaraq ruhi xəstələrin davranış tərzini müşahidə edib. 1991-ci ildə isehsal edilmiş bu film 5 “Oskar” mükafatı alıb, milli irs kimi ABŞ Milli Film Arxivində qorunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar