Azərbaycanlılar, taciklər və özbəklər arasında DAVA:  yaralılar var
27 avqust 2024 10:27 (UTC +04:00)

Azərbaycanlılar, taciklər və özbəklər arasında DAVA: yaralılar var

Rusiyada azərbaycanlılarla taciklər və özbəklər arasında dava olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 24-nə keçən gecə Sankt-Peterburqun Krasnıx Zori bulvarında kafelərdən birində baş verib. Burada birincə azərbaycanlılar, digərində tacik və özbəklər olan iki qrup olub.

Qəfil naməlum səbəblə onlar arasında mübahisə yaranıb. Mübahisə böyüyüb və tərəflər kafeni tərk edərək məsələni küçədə davam etdiriblər. Nəticədə 26 yaşlı azərbaycanlı qarşı tərəfdən 2 nəfəri bıçaqlayıb.

Xəsarət alan 25 və 38 yaşlı kişilər xəstəxanaya yerləşdiriliblər.

Azərbaycanlı dostları ilə birlikdə hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda hadisənin baş vermə şəraitini müəyyən edib və cinayətkarın axtarışına çıxıblar.

Keçirilmiş planlaşdırılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 26 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Daxili işlər orqanlarının istintaq orqanları qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2142
avatar

Mehman Nəbiyev

Oxşar yazılar