Bakıda teplovoz kişini vurub öldürdü
27 avqust 2024 10:29 (UTC +04:00)

Bakıda teplovoz kişini vurub öldürdü

Bakıda kişini qatar vurub.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 21-də 35 yaşlı Pərviz Mustafayevi Binəqədi rayonu ərazisində dəmir relsinin üzərindən piyada keçərkən teplovozun (qatar) ehtiyatsızlıqdan vurub. Nəticədə piyada aldığı xəsarətlərdən avqustun 26-da xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714
avatar

Oxşar yazılar