Zaqatalada həkimi öldürüb İNTİHAR EDƏN sələmçi imiş - ŞOK TƏFƏRRÜATLAR  - YENİLƏNİB
27 avqust 2024 11:47 (UTC +04:00)

Zaqatalada həkimi öldürüb İNTİHAR EDƏN sələmçi imiş - ŞOK TƏFƏRRÜATLAR - YENİLƏNİB

Zaqatala prokurorluğu rayonda törədilən qətllə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a daxil olan məlumatda qeyd olunur ki, iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Belə ki, avqustun 27-də saat 10 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  

Araşdırma zamanı 1960-cı il təvəllüdlü Həsən Davudovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq tanışı 1947-ci il təvəllüdlü Tarıyel Əhmədovu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

***

saat 11:15

Zaqatalada törədilən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Tariyel doktorun qıznının Aşağı Tala kəndində yerləşən evində qeydə alınıb. 

Həsən Davudov Tariyel Əhmədovun qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra mübahisə qızışıb və tərəflər arasında dava düşüb. 

Həsən Davudov qızının və nəvələrinin gözü qarşısında Tariyel Əhmədovu güllələyərək öldürüb.

Atəş səsinə polis əməkdaşları gəlib. Polis əməkdaşları Həsən Davudovdan silahı yerə qoyaraq təslim olmasını tələb ediblər. Təslim olmaq istəməyən Həsən Davudov özünü güllələyərək intihar edib. 

Məlumata görə, Tariyel Əhmədovla Həsən Davudov arasında keçmişdən ədavət olub. Belə ki, Həsən Davudov sələmə pul verirmiş. Tariyel Əhmədov da qızıllarını girov qoyaraq ondan pul alıb. Bu zəmində onların arasında məhkəmə çəkişməsi də var imiş. 

***

saat 10:42

Zaqatalada dəhşətli cinayət törədilib. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, avqustun 27-də saat 9 radələrində Zaqatala rayonunda 78 yaşlı Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən, 64 yaşlı Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.

Araşdırma aparılır.

***

saat 10:40

Zaqatalada dəhşətli qətl törədilib. 

Lent.az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində rayon mərkəzində qeydə alınıb. 

Rayonun tanınmış həkimi Tarıyel Əhmədov evində qətlə yetirilib. 

Əlavə məlumat veriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 31677
avatar

Oxşar yazılar

Polisin əli ilə qisas almaq  istədi, özü tutuldu - Bakıda ŞOK

Polisin əli ilə qisas almaq istədi, özü tutuldu - Bakıda ŞOK

27 avqust 2024 , 13:31
Yaşmada dəniz kənarından 16 kilo narkotik tapıldı

Yaşmada dəniz kənarından 16 kilo narkotik tapıldı

27 avqust 2024 , 12:50
Bakıda ödəmə terminalından pul oğurlandı

Bakıda ödəmə terminalından pul oğurlandı

27 avqust 2024 , 12:24
Mənzildən meyit tapıldı

Mənzildən meyit tapıldı

27 avqust 2024 , 11:19
Bakıda teplovoz kişini vurub öldürdü

Bakıda teplovoz kişini vurub öldürdü

27 avqust 2024 , 10:29
Sabirabadda yeniyetmə kanalda batdı

Sabirabadda yeniyetmə kanalda batdı

27 avqust 2024 , 09:22
Bakıda BIÇAQLANMA:  belindən vurdu...

Bakıda BIÇAQLANMA: belindən vurdu...

26 avqust 2024 , 19:25
Azərbaycanda vəzifəli şəxslər həbs edildi  - 5 qızıl külçə...

Azərbaycanda vəzifəli şəxslər həbs edildi - 5 qızıl külçə...

26 avqust 2024 , 18:43