Qəbələ şəhər ictimaiyyəti 12 may tarixində ermənilərin təxribatı nəticəsində şəhid olan Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu 2001-ci il təvəllüdlü Qarayev Məhəmməd Mahir oğlunu son mənzilə yola salıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, vida mərasimində şəhidin qohumlari, yaxınları, rayon ictimaiyyəti şəhidin bayrağa bükülmüş nəşini Qəbələ mərkəzi qəbiristanlığında torpağa tapşırıblar. Vida sözü ilə çıxış edənlər şəhid Qarayev Məhəmməd Mahir oğlunun vətənpərvərliyindən danışıblar.
Şəhidin vida mərasimində Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.