İrandakı səfirliyimizə hücum zamanı həlak olan mühfizə xidmətinin rəisinin fotosu yayılıb.
Lent.az xəbər verir ki, foto sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Tehrandakı səfirliyimizə silahlı hücum zamanı diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olub. Daha 2 nəfər isə yaralanıb. O. Əsgərov əslən Gəncə şəhərindəndir. Onun geriyə bir oğlu və bir qızı yadigar qalıb. O. Əsgərovun atası Rizvan Əsgərov isə Gəncə şəhər 1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimidir.
Orxan Əsgərov
Baş həkim Rizvan Əsgərov