
Şəhid Məlik Zülfüqarov
Şəhid anası ona ayrılan birdəfəlik ödəməni fonda bağışladı - FOTO

Şəhid Məlik Zülfüqarovun anası ona ayrılan birdəfəlik yardımı Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.
Lent.az-ın məlumatına görə, Kürdəmir rayonu, Karrar qəsəbə sakini M.Zülfüqarov İkinci Qarabağ müharibəsində Füzulinin azad olunması istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhidimizin anası Yeganə Ədilova 10 min manat məbləğində birdəfəlik yardımın Vətənimizin keşiyində duran əsgər və zabitlərə xərclənməsini daha düzgün hesab edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün dövlət başçısına da təşəkkür edib.
Evin tək oğlu olan Məlik Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşüb. Torpaqlarımızı azad etmək uğrunda qəhrəmanlıqla şəhid olub.
19 yaşlı şəhidimiz oktyabrın 21-də doğulduğu qəsəbədə torpağa tapşırılıb.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Koronavirusla bağlı son STATİSTİKA
19 yanvar 2021 , 09:31
"Dərs vaxtı"nın bugünkü CƏDVƏLİ
19 yanvar 2021 , 09:02Türkiyədən qardaş yardımı: “Yeni Klinika”ya təqdim olundu - FOTO
19 yanvar 2021 , 00:28
Xəzərdə dalğanın hündürlüyü 2.8 metrə çatdı – FAKTİKİ HAVA
18 yanvar 2021 , 21:23
“Düşmən bu dəfə onu ürəyindən nişan alır...” – Şəhid kapitan necə tarixə düşdü?
18 yanvar 2021 , 20:15
Azərbaycana bu yerlərdən ət gətirilməsinə qadağa
18 yanvar 2021 , 18:39
Kəlbəcərin Alolar kəndi - VİDEO
18 yanvar 2021 , 18:33
Koronavirus statistikası: 118 nəfər yoluxdu, 503 nəfər sağaldı, 13 nəfər öldü
18 yanvar 2021 , 18:30