Sabahın  HAVA PROQNOZU
10 oktyabr 2022 12:49 (UTC +04:00)

Sabahın HAVA PROQNOZU

0

Oktyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın arabir tutulacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 17-19° isti, gündüz 22-24° isti, Bakıda gecə 17-19° isti, gündüz 22-24° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında 

Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-7° isti, gündüz 11-16° isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2017

Oxşar yazılar