Sabahdan daha bir marşrut xətti "BakıKart"a keçir
24 avqust 2021 16:30 (UTC +04:00)

Sabahdan daha bir marşrut xətti "BakıKart"a keçir

Avqustun 25-dən Mehdiabad qəsəbəsi Qarant Yaşayış Kompleksi - A.M.Şərifzadə küç üzrə hərəkət edən 165 nömrəli marşrut xətti avtobuslarında gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edilir ki, marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Binəqədi qəs. (Binəqədi Gənclər Şəhərciyi)
Binəqədi qəs (C.Cabbarlı küç. yaxınlığı)
Binəqədi qəsəbə mərkəzi 
Binəqədi qəs. ("Muxtar" marketin yaxınlığı)
Binəqədi qəs. (Novxanı yolu)
Binəqədi şos. (Svetoforun yanı)
Rəsulzadə qəs. (Park)

# 2286
avatar

Oxşar yazılar