Sabah yağış yağacaq -  HAVA PROQNOZU
25 oktyabr 2022 12:47 (UTC +04:00)

Sabah yağış yağacaq - HAVA PROQNOZU

0

Oktyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-19° isti, Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Avtomobil yollarında vəziyyət

Oktyabr ayının 26-da gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Quba-Qusar, Quba-Xaçmaz, Qaraməryəm-İsmayıllı-Şəki, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Xankəndi-Xocavənd, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Bərdə-İstisu, Goranboy-Tərtər, Xaldan-Mingəçevir, Ələt-Astara, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2794

Oxşar yazılar