Sabah  nadir Günəş tutulması   baş verəcək
03 dekabr 2021 12:32 (UTC +04:00)

Sabah nadir Günəş tutulması baş verəcək

Tutulmanın müxtəlif fazalarını Antarktidadan, Afrikanın cənubundan, Avstraliyanın cənub-şərqindən, Atlantikanın cənubundan, Hind və Sakit okeanlardan görmək olacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, dekabrın 4-də bu qeyri-adi Günəş tutulmasının tam mərhələsini görmək üçün Antarktidaya uzun bir səyahət lazımdır.
 
Bununla belə, tutulmanı Cənubi Afrika və Namibiya da daxil olmaqla, Cənubi Afrikanın bəzi bölgələrində görmək olar.

Təəssüf ki, Azərbaycanda tutulma canlı olaraq görünməyəcək. Onun müxtəlif fazaları Avstraliyanın cənub-şərqində və Atlantik, Hind və Sakit okeanların cənubunda görünəcək.

Dekabrın 4-də baş verəcək tutulmanın müddəti 1 saat 43 dəqiqə olacaq. Tam tutulma Bakı vaxtı ilə təxminən səhər saat 11:00-da başlayacaq və pik nöqtəsi saat 11:33-də olacaq.

Bu fenomen ona görə qeyri-adidir ki, o, Antarktida vasitəsilə şərqdən qərbə keçəcək (qütb tutulmaları istisna olmaqla, əksər tutulmalar Qərbdən Şərqə keçir).

Bu regionda, demək olar ki, 20 ildir - 2003-cü yanvarın 23-dən bəri tutulma müşahidə edilmir və növbətisi artıq 2039-cu il dekabrın 15-də baş verəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1998
avatar

Oxşar yazılar