Noyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 766 mm civə sütununadək yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.
Avtomobil yollarında vəziyyət
Noyabr ayının 19-da gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt, Bakı-Quba, Quba-Xaçmaz, Quba-Qusar, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd, Hacıqabul-Şirvan, Şirvan-Noxudlu-Salyan, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.